Muxtar Babayev: “Biz yaşıl enerji və həmrəylik uğrunda birgə fəaliyyətə istiqamətlənmişik”

“Azərbaycan iqlim dəyişikliyi sahəsində razılaşmaların reallaşmasını təmin etmək üçün özünün Yaşıl Fondunu yaradacaq”.

Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) Sammitində deyib.

O bildirib ki, COP29 ilk növbədə zərərlərin geniş müzakirəsinə, eləcə də landşaft dəyişikliyinə qarşı səylərin birləşdirilməsinə istiqamətlənib:

“Biz inanırıq ki, əgər bu iqlim prosesi hansısa bir ölkəyə faydası yoxdursa, deməli, o işləmir. Biz yaşıl enerji və həmrəylik uğrunda birgə fəaliyyətə istiqamətlənmişik və bu gündəliyi dəstəkləyəcəyik”.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More