Pakistanda toy avtobusu çaya düşdü: Çox sayda ölən var

Pakistanın şimalındakı Qilqit-Baltistan bölgəsinin Diamer rayonunda qonaqları daşıyan toy avtobusu çaya düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Dawn” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 22 nəfər ölüb.

Avtobusda, həmçinin gəlinin özü də olub və o sağ qalıb, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanların ailələrinə başsağlığı verib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More