Türkiyəli nazir: “Azərbaycanla münasibətlərimiz keçmişə dayanır”

“Türkiyə-Azərbaycan münasibətləri keçmişə dayanır. Biz hər sahədə iş birliyimizi davam etdiririk”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

O bildirib ki, bu mövzuda iki ölkə liderinin ortaq hərəkət etməsi, aldığı qərarlar nəticəsində də can Azərbaycanla olan birlikdəliyimiz, demək olar ki, hər sahədə davam edir:

“Həm iqlim dəyişikliyi nöqtəsində, həm şəhərləşmə, həm də ətraf mühit sahəsində bizim nazirliyimizi maraqlandıran mövzularda görüşmələr edilir və bunun nəticəsində də ortaq addımlar atmağa davam edirik. Məqsədimiz daha ədalətli bir dünya üçün bu mübarizə aparmaqdır. Bu mənada Azərbaycanlı qardaşlarımıza dəstək olmaq üçün güclü bir komanda ilə buradayıq. Layihələrimizi, hədəflərimizi göstəririk”.

“Bir az əvvəl ölkəmizin 2053-cü il üçün yönəlik strategiyalarını, hədəflərini bütün dünya ilə paylaşdıq. Həm qısamüddətli, həm də uzunmüddətli hədəflərimizi bu mənada burada açıqladıq. Bu hədəflərin altbaşlığını da iqlim qanunu təşkil edəcək. İqlim qanununu da 2025-ci ildə Qazi məclisimizdən keçirərək qanunlaşdıracağıq. Prezidentimizin bütün dünyaya elan etdiyi “2053-cü il – xalis sıfır emissiya hədəfi” yönündə bizdə qərarlılıqla addımlarımızı atırıq, atmağa davam edirik. Burada məqsədimiz həqiqətən daha ədalətli bir dünyada uşaqlarımızın, gənclərimizin yaşamasıdır. Daha yaşıl bir dünyada yaşamasıdır”, – deyə nazir vurğulayıb.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More