Xüsusi qayğıya ehtiyacı olan uşaq: “Ronaldinyonu gördüyüm an çox həyəcanlandım”

“Hər zaman sosial şəbəkələrdə gördüyüm əfsanəvi futbolçunu real həyatda gördüyüm üçün çox xoşbəxtəm”.

Bunu Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evinin sakini Həmidov Əli deyib.

“Hər zaman sosial şəbəkələrdə, TV-lərdə gördüyüm əfsanəvi futbolçu ilə real həyatda tanış olduğum və ondan hədiyyə qəbul etdiyim üçün çox xoşbəxtəm. Roanldinyonu gördüyüm an çox həyəcanlandım. Heç ağlıma da gəlməzdi ki, mən Ronaldinyonu nə vaxtsa real həyatda görüb onunla şəkil çəkdirəcəyəm”.

Qeyd edək ki, Braziliya millisinin və “Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo Qauço “Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More