“İqlim dəyişikliyində maliyyənin idarə edilməsi və onun ədalətli bölgüsü ən əhəmiyyətli məsələdir. Hesab edirəm ki, problemin kökü də buradan qaynaqlanır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Bermud adalarından Bakıda keçirilən COP29 iqlim konfransına qatılan ekspert va aktivist Uilyam Kempbell deyib.
Aktivist vurğulayıb ki, maliyyənin yanlış idarə edilməsi və ədalətsiz bölgüsü ən çox qida çatışmazlığında özünü büruzə verir:
“Dünya əhalisinin 50 faizdən çoxu qida çatışmazlığı problemindən əziyyət çəkir. Lakin hesab edirəm ki, burada əsas problem ayrılan vəsaitin konkret ünvanlara çatmamasındadır. ABŞ və onun kimi inkişaf etmiş dövlətlər bu problemlərin həllində bizə yardım etməlidirlər”.
Şəhriyar Səmədov