Azərbaycanın 10 şahmatçısı noyabrın 15-də İtaliyanın Montesilvano şəhərində start götürəcək kadetlər arasında dünya birinciliyində iştirak edəcək.
Oxu.Az xəbər verir ki, 8, 10, 12 yaşlı qız və oğlanların yarışında ölkəmizi Mətin Bəkirli, Yasin Əzimov, Məhəmməd Kazımzadə, Əhməd Hüseynov, Yaşar Şirinov, Sabirə Muradlı, Mehriban Əhmədli, Nurgün Fəxrətzadə, Zəhra Allahverdi və Sadəgül Əfəndi təmsil edəcəklər.
Qeyd edək ki, yarışda ümumilikdə 80-dən çox ölkədən 4000-dən çox yeniyetmə iştirak edəcək. Dünya birinciliyinə noyabrın 26-da yekun vurulacaq.