Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı iki milyard manatlıq öhdəlik götürür

“Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı iki milyard manatlıq öhdəlik götürür”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” adlı tədbirdə bildirib.

“Bu vəsait dayanıqlı və yaşıl layihələrin həyata keçirilməsinə yönəldiləcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, Dünya Bankının məlumatına görə, 2060-cı ilə qədər Azərbaycanın karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq üçün təxminən 44 milyard ABŞ dolları tələb olunacaq və bu investisiyanın bir hissəsinin özəl sektordan, o cümlədən banklardan gəlməsi gözlənilir.

Z.Nuriyev deyib ki, Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun tənzimləyicisi kimi 2023-2026-cı illər üçün Dayanıqlı Maliyyə Yol Xəritəsini qəbul etməklə artıq fəal addımlar atıb:

“Bu yol xəritəsi bank sektorunun davamlı maliyyəyə keçidi üçün strateji baxış təqdim edir”.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More