“Bitcoin” tarixi rekorddan dərhal sonra dəyər itirdi

“Bitcoin”in məzənnəsi tarixi rekord vurduqdan bir neçə saat sonra kriptovalyuta 5 min dollar ucuzlaşıb.

Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bunu “Binance” platformasındakı ticarət məlumatları sübut edir.

Xatırladaq ki, ilk kriptovalyuta 13 noyabr tarixində maksimuma çatıb və bir sikkə üçün 93 409,02 dollar təşkil edib.

Noyabrın 14-də səhər tezdən “Bitcoin”in məzənnəsi bir neçə min dollar dəyər itirib. Ən aşağı qiymət Bakı vaxtı ilə saat 01:20-də qeydə alınıb və kriptovalyutanın qiyməti bir ədəd üçün 88 276,8 dollar olub.

Daha sonra Bakı vaxtı ilə saat 11:51-ə olan məlumata görə, “Bitcoin”in məzənnəsi bir sikkə üçün 90 353,48 dollar təşkil edib.

Analitiklər kriptovalyuta məzənnəsində belə bir sıçrayış gözləmirdilər. Belə ki, rusiyalı iqtisadçı Mixail Belyayev ABŞ-də prezident seçkisi fonunda “Bitcoin”in məzənnəsinin 80 min dollara çatacağını və bundan sonra korreksiyanın başlanacağını proqnozlaşdırmışdı.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More