Həbsdə olan güneyli etirazçıya ölüm hökmü verildi

2022-ci ilin sentyabrından İranda başlayan xalq etirazları zamanı həbsə atılan, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təcridxanasında, sonra da Kərəcin Qızılhisar həbsxanasında saxlanılan güneyli gənc Milad Armuna Tehranın 1-ci Cinayət Məhkəməsi tərəfindən ölüm hökmü verilib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə güneyli etirazçının vəkili Babək Pakniya xəbər verib. Vəkilin sözlərinə görə, onunla birlikdə yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünü öldürməkdə günahlandırılan daha üç gənc barəsində edam qərarı çıxarılıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More