İspaniyanın bir sıra bölgələrində güclü yağış və külək səbəbindən maksimum təhlükə səviyyəsi elan edilib.
Oxu.Az-ın Izvestiya.ru-ya istinadən xəbərinə görə, bu barədə İspaniya Meteorologiya Agentliyinin saytında məlumat verilib.
Qırmızı, yəni maksimum təhlükə səviyyəsi Kataloniya və Əndəlüsdə elan edilib. Qeyd olunub ki, leysan bölgələr üçün həddindən artıq təhlükə yaradır.
Bildirilir ki, qırmızı təhlükə səviyyəsi 12 saat ərzində təxminən 120 mm yağıntının düşə biləcəyini göstərir.