İstanbul metrosunda yanğın: Qatarların hərəkəti dayandırıldı

Türkiyənin İstanbul şəhərində metronun “Yenikapı” stansiyasında səhər saatlarında naməlum səbəbdən yanğın baş verib.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə İstanbul metrosunun rəhbərliyi açıqlama yayıb.

Yanğının dayanacaqdakı eskalatorda başlandığı deyilib.

Məlumata görə, qəfil hər yeri tüstü bürüyüb və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

“M2 Yenikapı-Hacıosman metro xəttinin Yenikapı stansiyası müvəqqəti olaraq fəaliyyətə bağlanıb. Səfərlər Vezneciler-Hacıosman stansiyaları arasında həyata keçirilir”, – deyə məlumatda bildirilib.

Həmçinin səfərlərin Yenikapı-Vezneciler stansiyaları arasında pulsuz avtobuslar vasitəsilə həyata keçiriləcəyi qeyd edilib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More