Keçmiş vəkil Elman Paşayevin həbs müddəti uzadılıb

Moskva Qarnizonu Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq vəkil Elman Paşayevin həbs müddətini uzadıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

“Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə təqsirləndirilən Paşayev barəsində həbs qətimkan tədbirinin müddətinin yanvarın 15-dək uzadılması ilə bağlı istintaq orqanının vəsatəti təmin edilib”, – məlumatda deyilir.

Hərbi müstəntiqlərin tələbi ilə həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Paşayev sentyabrın ortalarında hərbi məhkəmə tərəfindən həbs edilib və o, 46 milyon rubldan çox (təxminən 794 min manat) dələduzluqda ittiham olunur. İstintaqın məlumatına görə, bu pula görə o, Aleksey Blinovskiyə vergidən yayınma halı üzrə cinayət məsuliyyətindən azad edəcəyini vəd edib. Müstəntiqlər keçmiş vəkilin işi üzrə üç şahidi dindiriblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More