“Mançester Yunayted”in vingeri Antoni tezliklə klubu tərk edəcək.
Oxu.Az “TBR Football”a istinadən xəbər verir ki, bu mövsüm “qırmızı şeytanlar”ın heyətindəki yerini itirən braziliyalı ilə yanvarda yollar ayrılacaq.
“Mankunianlar” 24 yaşlı futbolçunu onun “Flamenqo”dan olan 18 yaşlı həmyerlisi Lorranla əvəzləməyi planlaşdırırlar.
Daha doğrusu, ingilislər Braziliya klubuna oyunçuların mübadiləsini təklif edərək müəyyən məbləğ qazanmağı düşünürlər.
Qeyd edək ki, “Transfermarkt” portalı Antoninin dəyərini 20 milyon avro, Lorranın dəyərini isə 12 milyon avro olaraq göstərir.