2023-cü ilin yanvarında “Qarabağ”a transfer olunan albaniyalı futbolçu Redon Cica klubdan ayrılmaq istəyir.
Sportinfo.az xəbər verir ki, Redon Cica klub rəhbərliyi ilə görüşərək ayrılmaq istədiyini deyib.
Buna səbəb onun UEFA Avropa Liqasında sifariş ərizəsinə daxil edilməməsidir.
“Köhlən atlar”ın “Tirana”dan transfer etdiyi forvard burada heç cür möhkəmlənə bilmir. Əsas heyətdəki yerini çoxdan itirib.
Juninyonun kölgəsində qalan Cica Avropa Liqasının Liqa mərhələsi üçün sifariş olunmayıb.
O, 2026-cı il iyunun 30-na qədər “Qarabağ”a məxsusdur. Albaniyalı vətəninə qayıtmaq fikrindədir.
“Tirana” Cicanı yenidən sıralarına qatmaq fikrindədir.
Qeyd edək ki, həmçinin “Partizani” adıçəkilən ön xətt oyunçusunun xidmətində maraqlıdır.