“Moskva Donald Trampın administrasiyasında Vaşinqtonla əlaqələrə açıqdır, “top” ABŞ tərəfdədir”.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
“Prezident Vladimir Putin “Valday” beynəlxalq müzakirə klubunun iclasında dedi ki, həmişə ünsiyyətə hazırdır və onu biz dayandırmamışıq – “top” qarşı tərəfdədir”, – deyə Lavrov bəyan edib.
Bununla yanaşı, o vurğulayıb ki, Rusiyanın ABŞ-nin yeni administrasiyasından hər hansı gözləntiləri yoxdur.
“Gözləntilər və fərziyyələr olmayacaq. Konkret işlərə görə mühakimə edəcəyik”, – deyə nazir qeyd edib.