TDT-nin baş katibi: “Türk dövlətləri iqlim problemlərinin həllində maraqlıdırlar”

“Türk dövlətləri iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində maraqlıdırlar və iqlim fəaliyyətlərində fəal iştirak edirlər”.

Bu barədə “Report”a Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

“Heç bir ölkə iqlim problemlərini təkbaşına həll edə bilməz. TDT ölkələri də bu istiqamətdə birgə səylər göstərirlər”, – baş katib qeyd edib.

Onun sözlərinə görə, TDT iqlim gündəliyi üzrə öz təşəbbüslərini ardıcıl şəkildə həyata keçirir.

“Şuşada keçirilən qeyri-rəsmi forumun mövzularından biri iqlim idi. Biz, həmçinin, Bişkekdəki TDT sammitində mühüm sazişlər qəbul etmişik. Bu gün isə biz COP29 platformasında səylərimizi birləşdiririk”, – K.Ömüralıyev vurğulayıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More