15 yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Xəyalə Sadıxova məlumat verib.
O bildirib ki, övladının təcili əməliyyata ehtiyacı var:
“Zəhranın 15 yaşı var, artıq altı ildir onun yumurtalıqlarında problem var. İki il bundan əvvəl onun sağ yumurtalığı çıxarılıb. Əməliyyatdan sonra onun səhhətinin yaxşılaşacağını düşünsək də, heç nə düşündüyümüz kimi olmadı. İndi də onun sol yumurtalığı və yumurtalıq borusu çıxarılmalıdır. Əməliyyat üçün lazım olan 3 000 manatın 1 100 manatını toplasaq da, qalan hissəsi hələ də yoxdur”.
Xəyalə Sadıxova övladına yalnız baxdığını deyib:
“Mənim Zəhradan başqa bir oğlum da var, o hazırda əsgərlikdədir. Övladlarımın atası bir neçə il öncə həbsə düşüb. İllərdir iki övladıma da yalnız baxıram. İnanın, səhər saat 5-6-da çıxıb küçə süpürüb, axşam tərəfi isə marketlərin birinə xadiməlik etməyə gedirəm. Nə evim, nə dəyərli bir əşyam yoxdur ki, satıb balamın müalicəsinə xərcləyim. Özüm qardaşımın həyətində balaca bir daxmada qalıram. Zəhranın heç vaxt ana olmayacağını bilirəm, onun sadəcə yaşamağını istəyirəm. Onun bədəni kistaya çox meyillidir, çox sürətlə iltihab toplaya bilir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 371-37-62.
Kapital Bank: 4169 7388 7490 3549.