Avropa Komissiyası Ukraynaya yardım proqramı çərçivəsində Kiyevə 4.1 milyard avro ayırmağa razılaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz “Telegram” kanalında məlumat verib.
O xatırladıb ki, bundan sonra 2024-cü ildə Ukrayna Mexanizmi çərçivəsində ölkəyə dəstəyin ümumi məbləği 16,1 milyard avro təşkil edəcək.
Ukrayna Mexanizmi Ukrayna üçün 2027-ci ilə qədər nəzərdə tutulmuş yardım proqramıdır. Proqram bu müddət ərzində ölkəyə 50 milyard avronun ayrılmasını nəzərdə tutur.
2024-cü ilin yayında Aİ bu proqram çərçivəsində 4.2 milyard avro məbləğində ilk ödənişi razılaşdırıb. Qeyd olunub ki, vəsait mərhələli şəkildə buraxılacaq. İslahat öhdəliklərinin yerinə yetirilməsi xüsusi komissiya tərəfindən yoxlanılır.