BMT-nin polis rəisi: “Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq”

“Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən və ətraf mühitlə bağlı səylərindən razıyıq”.

Oxu.Az xəbər verir ki, bunu BMT-nin polis məsləhətçisi və Birləşmiş Millətlər Təşkilatının polis rəisi Feysal Şakar bildirib.

O deyib ki, Azərbaycan bu prosesə tam sadiqlik nümayiş etdirib.

“Bu, BMT-nin təhlükəsizliyi baxımından ekoloji şəraitin yaxşılaşdırılmasına çox kömək edəcək təşəbbüsdür. Mən polis məsləhətçisi və BMT-nin polis rəisi kimi çalışıram. BMT polisi bütün dünyaya yayılıb, təşkilatın missiyaları, ekoloji cinayətlərin araşdırılması ilə məşğul oluruq. Milli polis qüvvələrini ekoloji problemlərlə mübarizə və ekoloji cinayətlərin araşdırılmasına hazırlayırıq”, – o bildirib.

“Beləliklə, biz məşğulluğun yaxşılaşdırılması prosesində tərəfdaşıq. BMT-nin buradakı təhlükəsizliyi kifayət qədər yaxşıdır”, – o bildirib.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More