Böyük Britaniyanın xarici işlər naziri: “Bakının çağırışını dəstəkləyirik”

“Qlobal miqyasda biz ölkələrə dəstək olmasaq, bu onilliyin sonuna qədər ifrat yoxsulluq içində yaşayanların üçdəikisi həssas və münaqişələrdən təsirlənən dövlətlərdə yaşayacaq”.

Oxu.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici Birlik və İnkişaf Ofisində inkişaf naziri Anneliza Dodds COP29 konfransı çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kim arxada qoymamaq naminə birgə fəaliyyət”adlı Yüksəksəviyyəli Paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə iqlim böhranı ilə mübarizə aparmaq hər kəsin ümumi amalı, prioriteti olmalıdır:

“Bakının çağırışı da elə tamamilə bundan ibarətdir. Böyük Britaniya da bu çağırışı dəstəkləyir. Qarşıdakı aylarda hər kəsin bu çağırışa qoşulmasına ehtiyacımız var. Birgə işlədiyimiz zaman nəyə nail ola biləcəyimizə əminik. Birgə səylərimiz Somalinin dayanıqlılığını artırmaq üçün Yaşıl İqlim Fondundan 100 milyon ABŞ dollarından çox dəstək alması ilə nəticələndi. Somali ilə yanaşı, Böyük Britaniya Çad, Suriya və Yəməndəki tərəfdaşları ilə birlikdə insanların həyatını xilas etmək, uzunmüddətli sülh və sabitlik yaratmaq üçün gözlənilən təşəbbüslər və erkən xəbərdarlıq sistemləri yaratmaq üçün işləyir”.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More