Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR

Bu gündən etibarən qış mövsümü ilə əlaqədar yaşayış binalarına istiliyin verilməsinə başlanır.

Bu məlumatı Oxu.Az-a “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı verib.

O qeyd edib ki, ötən il olduğu kimi, bu il də istilik mövsümü noyabrın 15-də başlayır.

“Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır. Həmin 14 rayondan 9-da – Şuşada, Qubada, Qəbələdə, Qusarda, Şamaxıda, Şabranda, Siyəzəndə və Lerikdə istilik mövsümü noyabrın 1-dən başlayıb. Həmin bu doqquz rayonda “Azəristiliktəchizat” ASC-nin 39 qazanxana və bir istilik məntəqəsi artıq işə salınıb.

Bakı şəhəri və regionlarımızda ümumilikdə “Azəristiliktəchizat” ASC-nin 557 qazanxana və 88 istilik məntəqəsi var və noyabrın 15-dən etibarən bütün qazanxana və istilik məntəqələri işə salınmış olacaq”, – deyə E. Basqallı bildirib.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More