Dəm qazından ölən tələbə yeni ailə qurubmuş – TƏFƏRRÜAT

Azərbaycanda zəhərlənərək ölən tələbə barədə bəzi detallar məlum olub.

“Unikal”ın məlumatına görə, Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Balabacı Manafova ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra paytaxtdakı Toksikologiya mərkəzinə aparılıb.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, B.Manafova vəfat edib.

Əslən Xaçmaz rayonunun Çinartala kəndindən olan Balabacı Manafova bir ay öncə ailə həyatı qurub.

Qeyd edək ki, Balabacı Manafova Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi olub.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More