Bu gecə Cənubi Amerika ölkələri arasında Dünya çempionatının seçmə mərhələsinin 11-ci turunda Ekvador yığması Boliviyanı qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılıqlı hücumlarla başlayan görüşdə hesab 26-cı dəqiqədə açılıb. Valensiya penaltini dəqiq yerinə yetirib – 1:0. Qonaqlar özlərinə gəlməmiş daha bir zərbə alıblar. İki dəqiqə sonra Plata Boliviyanı meydanın mərkəzinə dəvət edib – 2:0.
Fasilədən sonra da üstünülüyünü davam etdirən meydan sahibləri daha iki qol vurublar.
Əvvəlcə Plata 49-cu dəqiqədə dubla imza atıb – 3:0. Ardınca Minda 61-ci dəqiqədə görüşdə son nöqtəni qoyub – 4:0. Ekvador Boliviyaya ardıcıl səkkizinci matçda qalib gəlib.
Qeyd edək ki, üç xalı silinmiş Ekvador millisi 16 xalla seçmə mərhələnin beşinci pilləsində qərarlaşır. Aktivində 12 xalı olan Boliviya səkkizincidir.