Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi

Avstraliyada dünyanın ən yaşlı rəqqasəsi Eylin Stellar Kramer dünyasını dəyişib.

Bu barədə Oxu.Az “ABC News”a istinadən xəbər verir.

Məlumata görə, rəqqasənin 110 yaşı olub.

Nəşrin qeyd etdiyi kimi, Kramer hələ 1930-cu illərin sonunda baletlə məşğul olmağa başlayıb. Və o vaxtdan bəri peşəni tərk etməyib. O, Avstraliyada çıxış edib, həmçinin bütün dünya üzrə qastrol səfərləri həyata keçirib. Karyerası ərzində Hindistan, Fransa, London, ABŞ və digər ölkələrdə fəaliyyət göstərməyə müvəffəq olub.

Artıq 99 yaşında doğma vətəni Sidneyə qayıdıb. O vaxta qədər Eylin Stellar Kramer artıq 20 il ərzində xəstə ərinə qulluq edib və buna görə də rəqslərə ara verib. Lakin sonra çıxışlarına qayıdıb. 103 yaşı olanda o, “Buddanın arvadı”nı səhnələşdirib və tamaşada 17 yaşlı şahzadə rolunu oynayıb.

Ancaq 110 yaşında – ad günümdən cəmi bir həftə sonra həyatdan gedib. Himayədarları Kramerin əmin-amanlıq şəraitində öldüyünü bildiriblər.

“O – Bodenvizer dövrünün son rəqqasəsi, Yeni Cənubi Uelsdə ən uzunömürlü qadın və çox güman ki, dünyanın ən uzunömürlü rəqqasəsi idi”, – deyə onlar qeyd ediblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More