İon Muntyanu: “Ekoloji cinayətlərə qarşı mübarizə təkbaşına aparıla bilməz”

“Ekoloji cinayətlərə qarşı mübarizə təkbaşına aparıla bilməz”.

Oxu.Az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Moldovanın baş prokuroru İon Muntyanu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Moldova Prokurorluğu üçün korrupsiya və ya çirkli pulların yuyulması ilə mübarizə prioritet istiqamətlərdən biridir:

“Bununla yanaşı, ekoloji cinayətlərə qarşı mübarizə də prioritet hesab olunur. Biz ölkə olaraq, bu mübarizəni nə qədər səy göstərsək də, təkbaşına apara bilməyəcəyimizi başa düşürük. Ona görə də ekoloji cinayətlərə qarşı mübarizəni prioritet sayan bütün prokurorluq orqanları ilə yaxşı münasibət qurmalıyıq. Bizə ekoloji cinayətlərə qarşı mübarizə ilə bağlı belə ciddi tədbirdə iştirak imkanı yaratdığına görə Azərbaycana təşəkkür edirəm”.

İ.Muntyanu bildirib ki, hazırda Azərbaycanla Moldovanın prokurorluq orqanları arasında sıx əməkdaşlıq mövcuddur:

“Biz bunu inkişaf etdirməyə çalışırıq. Ötən gün Azərbaycanın baş prokuroru ilə də görüşümüz olub və gələn il üçün bəzi ümumi tədbirlər təyin etdik. Biz birgə fəaliyyətimizi daha da inkişaf etdirməkdə çox maraqlıyıq”.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More