Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ

Keşlə qəbiristanlığından 5 məzar başqa əraziyə köçürülüb.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən APA-ya bildirilib ki, yağış suları kollektorunda baş vermiş qəza nəticəsində torpaq qatında çökmə baş verib və buna görə də, uzun illər öncə dəfn olunmuş şəxslərin məzarlarına ziyan dəyib.

Trest tərəfindən təhlükəli zonada yerləşən daha 5 məzarın da digər əraziyə köçürülməsi təmin olunub. Keşlə qəbiristanlığında illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması nəticəsində dağılıb, iki qəbir isə dağılma təhlükəsindədir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən APA-ya verilən xəbərə görə, mövcud məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciətlər olunub, əraziyə baxış keçirilib.

Qeyd edilib ki, kollektorda heç bir qəza hadisəsi baş verməyib, xəttə rejim dəyişikliyi olmayıb. Problemin kökü ondan ibarətdir ki, kollektorun üzərində qəbiristanlıq salınıb və bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More