Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib

“İnter Mayami” klubunun və Argentina millisinin ulduz hücumçusu Lionel Messi DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində qarşılaşdıqları Paraqvay ilə matçın baş hakimini təhqir edib.

Oxu.Az “Goal”a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu qayda pozuntusundan sonra rəqib futbolçunun cəzalandırılmasını tələb etsə də, hakim fərqli qərar verib.

Buna qəzəblənən Messi hakimə özünü biabır etdiyini və ondan xoşu gəlmədiyini deyib.

Qeyd edək ki, görüş Paraqvay yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. 11 turdan sonra Argentina 22 xalla turnir cədvəlində ilk pillədədir. Paraqvay yığması isə 16 xalla altıncıdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More