Mikayıl Cabbarov Cefri Pyatt ilə fikir mübadiləsi aparıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb.

Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün “X” hesabında bildirib.

“Yaşıl enerji keçidində qlobal təchizatı sabitləşdirmək üçün beynəlxalq əməkdaşlığın təşviqi, ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadənin artırılması təşəbbüsləri və dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə fikir mübadiləsi apardıq”, – deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More