Mikayıl Cabbarov: “Ətraf mühitin mühafizəsinə dair öhdəlikləri üzrə fikir mübadiləsi apardıq”

“SOCAR yaşıl təşəbbüslərin təşviqi və istehsal prosesində formalaşan istixana effekti yaradan qazların könüllü olaraq azaldılması istiqamətində məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində fəal iştirakçı kimi nümunəvi model yaradır”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında bildirib:

“COP29 çərçivəsində keçirilən “SOCAR-ın dekarbonizasiya fəaliyyəti: çağırışlar və nailiyyətlər” tədbirində şirkətin dekarbonizasiya hədəfləri, bu hədəflərə doğru atılan addımlar, enerji keçidi, aşağı karbonlu bizneslərin inkişaf etdirilməsinə dair fəaliyyətlərdən bəhs etdik. Bununla yanaşı, SOCAR-ın timsalında neft şirkətlərinin təmiz ekoloji mühitin yaradılmasına potensial töhfələri, dayanıqlı həllərə doğru transformasiya və bu istiqamətdə beynəlxalq səviyyəli şirkətlərin ətraf mühitin mühafizəsinə dair öhdəlikləri üzrə fikir mübadiləsi apardıq”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More