İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “Total Energies” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə işgüzar nahar edib.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün “X” hesabında bildirib:
“Qabaqcıl sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə və yaşıl enerjinin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq”.
#COP29 (@COP29_AZ) çərçivəsində “@TotalEnergies” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane (@PPouyanne) ilə işgüzar naharda qabaqcıl #sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə və… pic.twitter.com/jcgxkm2fal
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 15, 2024