İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün “X” hesabında bildirib.
“Görüş zamanı ölkəmizin fəal iştirakı ilə reallaşan yaşıl enerji layihələri, şirkətin Azərbaycanla uğurlu əməkdaşlığı və birgə fəaliyyətin enerji transformasiyası sahəsində gücləndirilməsi imkanları barədə müzakirələr apardıq”, – deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib.
#COP29 (@COP29_AZ) çərçivəsində bp-nin (@bp_plc) hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüş zamanı ölkəmizin fəal iştirakı ilə reallaşan #yaşılenerji layihələri, şirkətin #Azərbaycan-la uğurlu əməkdaşlığı və birgə fəaliyyətin #enerji… pic.twitter.com/eiRFgqjFHx
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 15, 2024