Polşanın şərqindəki Lyublin şəhərində İkinci Dünya müharibəsindən qalma aviasiya bombası aşkar edilib və bu səbəbdən 3 000 sakin təxliyə edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Polsat” telekanalı məlumat verib.
Məlumata görə, partlamamış hərbi sursat ötən axşam tikinti işləri zamanı aşkarlanıb. İstehkamçılar təhlükəli tapıntının ətrafında təhlükəsizlik sahəsi yaradıblar, noyabrın 15-i səhər saatlarında isə şəhər rəhbərliyi yaxınlıqdakı altı küçənin sakinlərini təxliyə edib.
Yaxın saatlarda istehkamçılar mərminin zərərsizləşdirilməsinə başlayacaqlar.