“Qalatasaray” klubu bu dəfə Luka Yoviçin izinə düşüb

Türkiyə nəhəngi “Qalatasaray” klubu “Milan”nın futbolçusu Luka Yoviçi heyətinə qatmaqda maraqlıdır.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, “sarı qırmızılar” Yoviçin keçidi üçün danışıqlara başlayıblar.

Luka Yoviç bu mövsüm “Milan” forması ilə cəmi üç oyunda meydana çıxıb.

Qeyd edək ki, Yoviç məhz bu səbəbdən “Milan”dan ayrılmaq istəyir.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More