Renson Mulele İnqonqan: “Azərbaycanda keçiriləcək COP29-dan yüksəksəviyyəli müzakirələr gözləyirəm”

“Düşünürəm ki, COP29 qlobal mühiti yaxşılaşdırmaq üçün istifadə edilə bilən bütün amillərin azaldılması istiqamətində işləyəcək”.

Oxu.Az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Keniya baş prokuroru Renson Mulele İnqonqan jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanda keçiriləcək COP29-dan yüksəksəviyyəli müzakirələr gözləyir:

“İqlim dəyişikliyinə gəldikdə, ətraf mühitimizin çirkləndirilməsi və deqradasiyası var. Düşünürəm ki, bu konfrans qlobal mühiti yaxşılaşdırmaq üçün istifadə edilə bilən bütün amillərin azaldılması istiqamətində işləyəcək”.

O vurğulayıb ki, bu vəzifədə Azərbaycana gəlişi ilk dəfə idi:

“Həm COP29 tədbiri, həm də bu çərçivədə hüquq-mühafizə orqanlarının keçirdiyi tədbir çox yaxşı təşkil edilib. Çıxışçılar Azərbaycanı yüksək səviyyədə təşkil olunmuş BMT konfransına ev sahibliyi etdiyinə görə alqışladıqları fikirlər səsləndirdilər”.

Məhərrəm Əliyev



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More