Süni itellekt Mayk Taysonla Ceyk Pol arasındakı döyüşün qalibini açıqlayıb

Süni intellekt noyabrın 16-da keçiriləcək Mayk Taysonla Ceyk Pol arasındakı döyüşün qalibinin adını açıqlayıb.

Oxu.Az xəbər verir ki, böyük maraqla gözlənilən qarşılaşmada Mayk Taysonun qalib gəlmək ehtimalı 60% olaraq göstərilib.

Bu onun təcrübəsi və gücünə əsaslanır. Bununla belə, Ceyk Polun da qalib gəlmək şansı var, çünki o, son dövrlərdə boksda özünü sübut edib.

Hər iki boksçunun özünəməxsus üstünlükləri var. Mayk Tayson təcrübəsi və gücü ilə tanınır, Ceyk Pol isə gəncliyi və son dövrlərdəki uğurları ilə diqqət çəkir.

Xatırladaq ki, döyüş noyabrın 16-da Bakı vaxtı ilə saat 4:00-da keçiriləcək.

Qeyd edək ki, Mayk Tayson və Ceyk Pol döyüşdən hərəyə təxminən 20 milyon dollar qazanacaqlar.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More