“Vizyondan reallığa: Bərpaolunan enerji sahəsində regional və qlobal təsir” adlı tədbir keçirilib

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) beşinci günündə Yaşıl Zonada “Vizyondan reallığa: Bərpaolunan enerji sahəsində regional və qlobal təsir” adlı tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə “Nobel Energy” şirkətinin bərpaolunan enerji vizyonunu necə reallığa çevirdiyi müzakirə edilib.

Spikerlər tədbirdə çıxış edərək Azərbaycanda hazırda planlaşdırılan bərpaolunan enerji layihələri və onların daha geniş dayanıqlılıq məqsədlərinə necə uyğunlaşdığından danışıblar.

Bundan əlavə, “Nobel Energy”nin bir sıra innovativ günəş, külək, hidrogen və karbon tutulması layihələrini özündə əks etdirən, həm regional, həm də beynəlxalq əməliyyatları əhatə edən bərpaolunan enerji portfeli nümayiş olunub.

Xanım Aydın



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More