Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan idmançısı Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) üçüncü yer uğrunda görüşdə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Fidan Əlizadə (57 kq) və Hüseyn Allahyarov (60 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) isə bürünc medala sahib çıxıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More