“Barselona” klubunun prezidenti COP29 məkanındakı pavilyonları ziyarət edib

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda yerləşən Mavi zonanı ziyarət edib.

Oxu.Az xəbər verir ki, Kataloniya klubunun rəsmisi Mavi zonadakı pavilyonlarla tanış olub və oradakı insanlarla fikir mübadiləsi aparıb.

O, pavilyonda xalça da toxuyub.

Qeyd edək ki, COP29 Bakıda noyabrın 11-dən start götürüb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More