Burkina-Fasolu direktor: “Azərbaycanda özümüzü evdəki kimi hiss edirik”

“Azərbaycanda özümüzü evdəki kimi hiss edirik. Heç bir ayrı-seçkilik yoxdur”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Burkina Fasonun Energetika, Mədənlər və Karxanalar Nazirliyinin bərpaolunan enerjilər üzrə direktoru Nana Mirey deyib.

O bildirib ki, Burkina-Fasoda qısamüddətli yağışlı fəsillər hökm sürür:

“Əsasən, meşələrin bərpası ilə məşğuluq. Biz həmçinin günəş və biokütlə kimi bərpaolunan enerjilərə müraciət edirik”.

O əlavə edib ki, Azərbaycan vətəndaşları çox qonaqpərvərdirlər:

“Burada irqçilik yoxdur. Başqa ölkələrdə daha çox irqçiliklə qarşılaşırıq, amma burada bizi yaxşı qarşıladılar”.

Məhərrəm Əliyev



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More