Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Oxu.Az bildirir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.
Konfransın altıncı gününün proqramını təqdim edirik:
Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.
Yaşıl Zona üzrə tədbirlər:
09:00 – 10:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Nəsimi – Dairəvi iqtisadiyyata keçid üçün regionlararası tərəfdaşlıqların gücləndirilməs üzrə nazirlər görüşü: “Resurs səmərəliliyi vasitəsilə iqlimə dayanıqlı və davamlı gələcəyə doğru” (RESCUE)
09:00 – 10:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Hirkan – “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə (LLDC) İqlim Dayanıqlığının və Davamlı İnkişafın Gücləndirilməsi: Çağırışlar və imkanlar”
09:00 – 11:00. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam – Yaşıl rəqəmsal fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa
09:15 – 10:15. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – Aleksandr Pohl ilə nəfəsalma məşğələsi
09:30 – 10:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 – “Azərbaycanın Milli MRV (Ölçmə, Hesabatvermə və Yoxlama) Sistemi: İXQ verilənləri əsasında iqlim fəaliyyəti üçün əsas məlumatlar, Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinə (ETF) keçid və korporativ bilik mübadiləsi”
09:30 – 11:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Sabahın liderləri: COP29-da gənclər” rəsmi dialoqu
09:30 – 11:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – Azərbaycanın 3-cü Ekoloji Fəaliyyət İcmalı (EPR)
10:00 – 10:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Salamlama və açılış nitqləri
10:00 – 11:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Kainat – SOCAR tərəfindən dəstəklənən “Dayanıqlı İnnovasiyalar Çağırışı”
10:00 – 11:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Su – “Heyvandarlıq məhsullarının dayanıqlı istehsalı: İqlimə davamlı və dayanıqlılığı təmin etmək üçün biznes sektoru ilə fermerlik arasında körpünün yaradılması”
10:00 – 13:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Mədəni və yaradıcı karbon kəsimi: Beynəlxalq ssenari”
10:15 – 10:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Erik Saito: “İqlim fəaliyyəti və maliyyə göstəriciləri – Niyə bu iki anlayış artıq bir-birinə zidd deyil?”
10:30 – 10:45. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Bleyk Qadcel: “Görünməz düşmənlə mübarizəm”
10:30 – 12:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – Seminar
10:30 – 12:30. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “We Got This Lah”: Malayziyalı gənclər iqlim müdafiəsi və mədəni dayanıqlılıq haqqında
10:45 – 11:00. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Marin Tanquy: “Vizual istehlakçılığa qarşı mübarizə”
10:45 – 12:45. Mavi Zona Sədrlik, Konfrans otağı / Hirkan – Dünyanın Kosmik Liderlər Zirvəsi
11:00 – 12:00. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – “Nəsillərarası ilham”
11:00 – 12:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Enerji – “Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi”
11:00 – 12:50. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Pure Storage” ilə Dayanıqlı Məlumat Saxlama Platformasının təqdim edilməsi
11:30 – 12:30. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Enerji keçidi üçün süni intellektin tətbiqi”
11:30 – 13:00. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam – Yüksəksəviyyəli çox maraqlı tərəflərin iştirak etdiyi dəyirmi masa – “Kiçik və orta biznesin (KOB) ədalətli keçid və dayanıqlı yaşıl iqtisadiyyatın sürətləndirilməsi sahəsindəki rolu”
11:30 – 13:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Rəqəmsal yaşıl üfüqlər: Azərbaycanın rəqəmsal hökumət həlləri”
12:00 – 12:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Soba ətrafında söhbət
12:00 – 13:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Kainat – İqlim maliyyəsi
12:00 – 13:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Su – “Sİ və inkişaf edən texnologiyalar: İnnovasiyalar vasitəsi ilə dayanıqlı gələcəyin təmin olunması”
12:30 – 13:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 – “Xəzər hövzəsində dönüş nöqtəsi: Çevik reaksiya və adaptasiya strategiyaları üçün regional siyasət çərçivəsi”
13:00 – 14:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Hirkan – “Artan dayanıqlıq üçün iqlim məlumatlılığının və çoxsaylı təhlükələrlə bağlı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli tədbir
14:00 – 15:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Kainat – “Dayanıqlı gələcək üçün bankçılığın rəqəmsallaşdırılması və yaşıl texnologiyalara dəstək”
14:00 – 15:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Su – “Karbon tutulması: daha təmiz gələcək naminə innovasiya”
14:00 – 15:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Kaizen gücü: Qlobal dayanıqlılıq problemlərinə kiçik toxunuşlarla böyük təsir”
14:00 – 15:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “Yaşıl biznes quruculuğu”
14:00 – 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 – “Davamlı su resurslarının idarəedilməsi üzrə innovativ yanaşmalar”
14:00 – 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, İstirahət ərazisi – “Slow Food” Fondunun biomüxtəliflik dequstasiyası
14:00 – 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinə (ETF) keçid: BTR1-in hazırlanmasında Azərbaycanın təcrübəsi və əldə olunan nəticələr”
14:00 – 15:15. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – “Ağıllı şəhər mobilliyi vasitəsilə dayanıqlılıq: Mərkəzi və Şərqi Avropadan baxış”
14:00 – 15:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam – “İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: Uşaqlar üçün iqlim fəaliyyətinə investisiya”
14:00 – 16:00. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – “Yerli bilik və innovativ həllər: iqlim layihələrinin dayanıqlı inkişafda rolu”
14:30 – 16:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Nəsimi – Futbol Klublarının İqlim naminə Alyansının açılışı tədbiri
15:00 – 16:00. Mavi Zona Sədrlik, Konfrans otağı / Hirkan – “İtki və zərər üzrə iqlim fəaliyyətinin genişləndirilməsi: Santyaqo Şəbəkəsinin tam fəaliyyətinin təmin edilməsi”
15:00 – 16:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, COP29 yayım studiyası – “Maliyyə inklüzivliyi iqlim fəaliyyətidir”
15:00 – 17:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Enerji – Mərkəzi Asiya üzrə regional seminar – “2030-cu ilədək bərpaolunan enerji həcminin üçqat artırılması: Mərkəzi Asiyada bərpaolunan enerji inkişafının sürətləndirilməsi üçün praktiki addımlar”
15:30 – 16:10. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – “Dayanıqlı şəhərsalmanın yeni üsulları: Şəhərlər yeni ekoloji çağırışlara necə cavab verə bilər?”
15:30 – 16:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “İqlim üçün mədəniyyət”
15:30 – 18:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 – İnteraktiv panel sessiyaları
15:45 – 16:15. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu – “İqlim fərqinin aradan qaldırılmasında yaşıl fintex və iqlim texnologiyasının rolu”
16:00 – 17:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Su – “Dayanıqlılığın təmin edilməsində korporasiyaların rolu”
16:00 – 17:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Kainat – 2024 İqlim Elmi Olimpiadası: “Gənclərin innovativ ideyalarının təqdiri”
16:15 – 16:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Oleq Tzvibel: “Zərərli yosun çiçəkləri: İqlim dəyişmələri, ekosistemin sağlamlığı və karbon dövranı”
16:30 – 17:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – “Ətraf mühit keşikçiləri: İqlim fəaliyyətində süni intellekt, innovasiya və ənənə”
16:45 – 18:15. Mavi Zona, Sədrlik, Əlavə tədbir otağı 7 – COP29 Mərkəzi Asiya üçün Enerji Keçid İnvestisiya Forumu – davamı
17:00 – 18:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu – Sənayenin Dekarbonizasiyası Alyansının dərin, sürətli və dayanıqlı emissiya azaldılmasına sadiqliyin artırılması üzrə CEO yüksəksəviyyəli dialoqu
17:00 – 18:00. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – “Süni intellekt əsrində dayanıqlılığın yolu”: “OpenUK” və “ITU”nun moderatorluğu ilə seminar
17:00 – 18:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – Xəzər dənizinin ekoloji vəziyyətinə dair elmi panel
17:00 – 18:15. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam – Yerli xalqlarla bağlı Bakı İqlim Dialoqu
18:00 – 20:00. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Axşam rəqs tədbiri
18:30 – 19:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, təlim otağı – Zehni sağlamlıq fasiləsi: Təbiətlə bağlantı mediasiyası və bədirlənmiş Ay mərasimi
18:30 – 19:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 – “Mobil şəbəkələrdə “xalis sıfır” transformasiyası”