Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ

Noyabrın 18-dən daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti bərpa ediləcək.

Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli xətt üzrə hərəkət edən marşrutların hərəkət sxemləri bərpa ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

Xatırladaq ki, noyabrın 18-dən həm də 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemlərinin bərpa ediləcəyi ilə bağlı qurum açıqlama vermişdi.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More