Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 noyabr 2024-cü il tarixlərində Rio-de-Janeyroda keçiriləcək G20 liderlərinin 19-cu sammitində iştirak etmək üçün Braziliyaya səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, sammit çərçivəsində prezident G20 liderleri, eləcə də digər dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, 18-19 Kasım 2024 tarihlerinde Rio de Janeiro’da düzenlenecek 19’uncu G20 Liderler Zirvesi’ne katılmak üzere Brezilya’yı ziyaret edecektir.
G20 Liderleri zirve sırasında “Adil Bir Dünya ve Sürdürülebilir Bir Gezegen İnşa Etmek” ana…
— Fahrettin Altun (@fahrettinaltun) November 16, 2024