Parlamentlərarası İttifaqın baş katibi: “Gələcək nəsillərin rifahını qoruyan siyasi xətt tutmalıyıq”

“Bu gün burada apardığımız müzakirələrə, yəni iqlim fəaliyyətinə sadiqlik. Həmçinin biz sizin gətirdiyiniz anlayışın dərinliyini qəbul edirik. Bununla yanaşı, biz iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq və həllinə nail olmaq üçün parlamentin imkanlarını və fəaliyyətini gücləndirməyə çalışır, bunun üçün birlikdə işləyirik”.

Oxu.Az xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu Bakıda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci ildən Parlamentin səlahiyyətlərini artırmaq üçün güclərini birləşdiriblər:

“Bu gün yaşadığımız iqlim böhranı kontekstində həm ətraf mühiti, həm də gələcək nəsillərin rifahını qoruyan siyasi xətt tutmalıyıq”.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More