UEFA Millətlər Liqası: V tura doqquz görüşlə yekun vurulacaq

Bu gün UEFA Millətlər Liqasının V tur görüşlərinə keçiriləcək doqquz oyunla yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, günün ilk matçında Azərbaycan Estoniyanı saat 18:00-da qəbul edəcək. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Saat 21:00-da isə Gürcüstan Ukrayna ilə, Monteneqro İslandiya ilə, Türkiyə Uelslə, Andorra isə Moldova ilə qarşılaşacaq.

Qeyd edək ki, gecənin digər görüşləri Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Almaniya Bosniya və Herseqovinanı, Niderland Macarıstanı, Albaniya Çexiyanı, İsveç isə Slovakiyanı qəbul edəcək.

16 noyabr

UEFA Millətlər Liqası

V tur

Saat 18:00, Azərbaycan – Estoniya;

Saat 21:00, Gürcüstan – Ukrayna;

Saat 21:00, Monteneqro – İslandiya;

Saat 21:00, Türkiyə – Uels;

Saat 21:00, Andorra – Moldova;

Saat 23:45, Almaniya – Bosniya və Herseqovina;

Saat 23:45, Niderland – Macarıstan;

Saat 23:45, Albaniya – Çexiya;

Saat 23:45, İsveç – Slovakiya.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More