Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün laboratoriya yaradılacaq

Yaponiyada Ebola virusu və Lassa qızdırması da daxil olmaqla ən ölümcül patogenlərin öyrənilməsi üçün bioloji laboratoriya yaradılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, laboratoriya dekabr ayında hələ sınaq rejimində işə başlaya bilər. O ölkənin cənub-şərqindəki Naqasaki Universitetinin nəzdində yerləşəcək. Yaponiyada maksimum biotəhlükəsizlik səviyyəsi dörd (BSL-4) olan bir laboratoriya var, lakin onun fəaliyyəti çox məhduddur – əsasən onun vəzifəsi patogenlərin özlərini öyrənmək deyil, çirklənməni aşkar etmək üçün testlər keçirməkdir.

Xatırladaq ki, dünyada 60-a yaxın analoji bioloji laboratoriya var.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More