Bayden Ukraynaya ABŞ-nin raketləri ilə Rusiyanın daxilinə zərbə endirməsinə icazə verdi

ABŞ prezidenti Co Bayden Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib.

Oxu.Az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd olunur ki, bu qərar Vaşinqtonda hakimiyyət dəyişikliyinə cəmi iki ay qalmış verilib və ABŞ siyasətində ciddi dəyişiklik olduğunu göstərir.

Nəşrin məlumatına görə, bu addımla bağlı ABŞ liderinin müşavirlərinin fikirləri ayrılıb.

Ehtimal olunur ki, raketlər Rusiya və Şimali Koreya hərbçilərinə qarşı Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrini qorumaq üçün istifadə olunacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More