Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Oxu.Az bildirir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.
Konfransın yeddinci gününün proqramını təqdim edirik:
Bu gün Mavi Zonada tədbir olmayacaq.
Yaşıl Zona üzrə tədbirlər:
09:00 – 18:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu – Qurama sənəti
10:00 – 10:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Salamlama və açılış nitqləri
10:15 – 10:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Yoshioka Tatsuya
10:30 – 12:30. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Açıq mikrofon
12:00 – 13:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Kainat – “Dəyişiklikləri yönləndirən qadınlar: Dayanıqlı gələcəyin çempionları”
18:00 – 20:00. Yaşıl zona tədbirləri, “Extreme Hangout”, əsas səhnə – Açıq şəbəkələşmə gecəsi