Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Bakıda quraşdırılan “Sıfır Tullantı” mövzusundakı Türkiyə stendi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Haber Global” yazır.
Bildirilir ki, milli pavilyon Türkiyə Prezidenti Aparatının Kommunikasiya İdarəsi tərəfindən hazırlanıb. Layihənin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğandır.
Qeyd olunur ki, iqlim dəyişikliyi məsələlərinin müzakirə edildiyi dünyanın ən mühüm tədbiri olan COP29 169 ölkədən 72 min insanın iştirakı ilə davam edir. Çoxsaylı görüş və danışıqlardan əlavə, müxtəlif ölkələr və təşkilatlar tərəfindən yaradılmış pavilyonlarda iqlim dəyişiklikləri ilə bağlı həllər və layihələr təqdim olunur.