Qırğızıstanda yerli şuralara deputat seçkisi keçirilir

Qırğızıstanın 33 şəhər və 231 kəndində yerli şuralara deputat seçkisi keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat verib.

Seçki 33 şəhər və 231 kənddə 2437 seçki məntəqəsində təşkil olunub. Qeydiyyata alınmış üç milyondan bir az çox seçici seçkidə iştirak edə biləcək.

Səsvermə prosesini Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Hindistan, Qazaxıstan, Moldova, Monqolustan, Türkiyə və Özbəkistanın Mərkəzi Seçki Komissiyalarından 54 beynəlxalq müşahidəçi izləyir. Dünya Seçki Orqanları Assosiasiyasının, Almaniyanın Hanns Zaydel Fondunun, Türk Dövlətləri Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, həmçinin Böyük Britaniya, İran, Çin, ABŞ, İsveçrə və Yaponiyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də müşahidəçi qismində iştirak edirlər.

Seçkilərdə 4928 nəfər deputatlığa namizəd kimi qeydə alınıb. Seçki günü asayişə riayət olunmasına 15 minə yaxın polis əməkdaşı nəzarət edir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More