“Real Madrid”in gənc ulduzu Arda Güler klubdakı gələcəyi ilə bağlı qərar verib.
Oxu.Az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi qışda Madrid təmsilçisini tərk etmək istəyir.
Arda və ailəsi “Real Madrid”dən başqa kluba icarəyə getmək barədə fikirlərini qətiləşdiriblər. 19 yaşlı futbolçu daha çox forma şansı qazana biləcəyi kluba getmək niyyətindədir.
Qeyd edək ki, “Real Madrid” Arda Güleri ötən ilin yayında “Fənərbağça”dan transfer edib. Türkiyə millisinin üzvü olan gənc oyunçu bu mövsüm “Kral” klubunun heyətində 12 rəsmi matçda 307 dəqiqə meydanda olub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.